Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb

17 İyul 2018 17:50 (UTC+04:00)

Rusiyanın “RİA Novosti” agentliyinin “Rossiya dlya vsex” portalı Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq layihələri haqqında, yaxın günlərdə Londonda dərc edilmiş gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı haqqında material yerləşdirib.

Tərcümə Mərkəzindən bildirilib ki, məqalədə gənclərin Leyla Əliyevanın əsərlərinə marağından və kitabın nəşr edilməsi məqsədindən danışılıb.

Məqalə ilə tanış olmaq istəyənlər https://azj.rus4all.ru/exclusive/20180703/728681157.html elektron ünvanına müraciət edə bilər.