“Neftçi” "Keşlə” ilə qarşılaşacaq

17 İyul 2018 16:34 (UTC+04:00)

“Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv sabah yoxlama görüşü keçirəcək.

"Ağ-qaralar" "Keşlə”nin əvəzediciləri ilə üz-üzə gələcək. "İnter Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək.