"Mançester Yunayted"in futbolçusu "Ayaks"a keçib

17 İyul 2018 16:14 (UTC+04:00)

"Mançester Yunayted"in futbolçusu Deyli Blind doğma klubuna qayıdıb. SİA-nın məlumatına görə, holland müdafiəçi "Ayaks"a keçib. Onunla 4 illik müqavilə imzalanıb. Amsterdam klubu Blind üçün İngiltərə klubuna 20 milyon avro ödəyəcək.

28 yaşlı futbolçu son mövsümdə "Mançester Yunayted"in forması ilə 7 oyunda iştirak edib.