Cənubi və Şimali Koreya hərbçiləri arasında telefon xətti bərpa olunub

17 İyul 2018 14:21 (UTC+04:00)

Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçiləri arasında qaynar telefon xəttinin fəaliyyəti bərpa olunub. SİA Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qaynar xətt iki ölkənin müvafiq qurumları arasında telefon və faks əlaqəsini təmin edəcək.

Qeyd edək ki, qaynar telefon xəttinin fəaliyyəti 2011-ci ilin fevralında KXDR tərəfindən dayandırılmışdı. Buna Cənubi Koreya tərəfinin KXDR-in sərhəd ərazisində yerləşən “Kaesonq” sənaye parkının işini dayandırması səbəb olmuşdu. Sənaye parkında Cənubi Koreya şirkətlərinin fabrikləri fəaliyyət göstərirdi. Şimali Koreyanın 2016-cı ilin yanvarında baş tutan nüvə silahı sınağından sonra Cənubi Koreya tərəfi sənaye parkının fəaliyyətini dayandırmağı qərara almışdı.