Fatimə: "Qadın kimi xoşbəxt ola bilmədim" VİDEO

17 İyul 2018 14:28 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, şəxsi həyatından danışan rəqqasə proqramda göz yaşlarını saxlaya bilməyib: "Çox əziyyət çəkmişəm. Elə günüm olub ki, qızım ət istəyib ala bilməmişəm. Çox yaxşı yaşamışam, amma sonra düşmüşük. Həmin günləri görən biri kimi, çalışıram indi heç kimin qəlbini sındırmayım. Məni o qədər sındırmaq istəyiblər.

İndi-indi yaxınlarımın dəstəyini görürəm. Özümdə görmədiklərimi qızım Aydanımda görmək istəyirəm. Elə olub ki, qadın kimi xoşbəxt ola bilməmişəm. 22 il nə qardaş, nə də ata yanımda olub. Son 2-3 ildir ailədə xoşbəxtlik tapmışam. Çünki oğlumun atası yanımdadır”.

Fətəliyeva həmin görüntüləri "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "19 yaşıma kimi əziyyət çəkməmişəm. Amma atam vəfat etdikdən sonra pis günlərimiz başlayıb. Müflis olmuşuq. Buna görə də anam evlərimizi satıb. Kirayələrdə yaşamağa məcbur olmuşuq. Mən illər öncəyə geri qayıdıb, verilişlərdə ağlayanda bəziləri söyləyir ki, artistlik edirəm. Hər kəs pis gününü xatırlayanda kövrələ bilər. Heç kim bilmir ki, başına hansı hadisə gələ bilər. İndi ki, vəziyyətimə şükürlər olsun ki, illər öncə əziyyət çəksəm də hazırda ayaqdayam. Bu gün yanımda övladlarım və həyat yoldaşım var. Biz birlikdə çox güclüyük. Hazırda tam xoşbəxt olmasam da Allahıma şükür edirəm".