Qiymətləri dövlət tərəfindən tənzimlənən malların sayı artırılıb

17 İyul 2018 12:34 (UTC+04:00)

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) sayı artırılıb. SİA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, açıq məkanda reklam yayımının qiyməti dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənəcək.