Efirdə əlbəyaxa dava edən Namiq və Fəzail barışdı VİDEO

17 İyul 2018 16:17 (UTC+04:00)

Verilişlərin birində əlbəyaxa dava edən aşıqlar Namiq Fərhadoğlu ilə Fəzail Miskinli barışıb. SİA-nın məlumatına görə, aşıqlar bir araya gələrək, barışdıqlarını elan ediblər. Belə ki, onlar "İnstagram"da video paylaşaraq bu sözləri deyiblər: "Etik normaları gözləyən adamam. Namiqlə həmyerliyik, bir-birimizin evində olmuşuq. Bu haqda bir də danışmayacağıq. Bizi kənardan da qızışdırdılar”.

Namiq isə görüntülərdə “Üç saatdır danışırıq. Hər kəs öz səhvini başa düşdü” sözlərini əlavə edib.

Qeyd edək ki, Namiq canlı yayımda Fəzaili aşıq hesab etmədiyini söyləyib. Sənətçilər arasında dava da bundan sonra başlayıb.