“Sumqayıt” Türkiyədə təlim-məşq toplanışına start verib

17 İyul 2018 09:55 (UTC+04:00)

“Sumqayıt” Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. SİA-nın məlumatına görə, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda dünən yerli vaxtla saat 18:30-da qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda daha sonra fiziki hazırlıq üzərində çalışıb. 1.5 saata yaxın davam edən ilk günün hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb.