Natavanın, Röyanın, Elnarənin arxivi VİDEO

17 İyul 2018 09:41 (UTC+04:00)

Müğənni Natavan Həbibi 16 il öncə çəkilmiş arxiv görüntülərini üzə çıxarıb. SİA-nın məlumatına görə, ifaçı həmin videonu "İnstagram" səhifəsində paylaşıb.

Görüntülərdə Həbibi ilə yanaşı keçmiş “W-trio” qrupunun solistləri əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilova da yer alıb. Natavan videonu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: “Baxın, tamaşaçılardan nə gəlib. Səhv etmirəmsə, 2002-ci ildir. Qrup üzvlərinin birgə son çıxışlarından biri. Videonu elə rəqs edən balaca xanımlardan biri göndərib. İllər keçdi amma ikinci belə qrup olmadı ki, olmadı”.