"Keşlə"nin baş məşqçisi istefa verib

17 İyul 2018 09:42 (UTC+04:00)

"Keşlə" futbol klubunun baş məşqçisi Yuri Maksimov istefa verib. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər yerləşdirilib. Sayda yer alan xəbərdə bildirilir ki, "Keşlə" FK-nın rəhbərliyi əsas komandanın baş məşqçisi Yuri Maksimovla görüş keçirib və görüşdə tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər.