Ağstafa sakinini elektrik cərəyanı vurub

17 İyul 2018 05:04 (UTC+04:00)

Ağstafa sakinini balıq tutarkən onu elektrik cərəyanı vurub. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.