Ermənistanda Ədliyyə Nazirliyinin binası uçub

17 İyul 2018 00:03 (UTC+04:00)

Ermənistanda Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binası uçub. Trend-in məlumatına görə, hadisə nəticəsində yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan həlak olub. Məlumata görə, o, binanın dağıntıları altında qalıb. Bundan başqa, daha iki nəfər yaralanıb.