Sumqayıtda yeniyetməyə kəsici alətlə xəsarətlər yetirilib

16 İyul 2018 20:04 (UTC+04:00)

Sumqayıt şəhərində yeniyetməyə kəsicə alətlə xəsarətlər yetirilib. "Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Xəzri yaşayış massivində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Nahid Anar oğlu Paşayev tanıdığı şəxsin hücumuna məruz qalıb. Kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər alan yeniyetmə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.