Ronaldo "Yuventus"un bazasına gedib

16 İyul 2018 16:19 (UTC+04:00)

"Yuventus"un yeni transferi Kriştiano Ronaldo Turin təmsilçisinin bazasına gedib. SİA-nın məlumatına görə, o, burada tibbi müayinədən keçəcək. Portuqaliyalı hücumçu bu gün ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, 112 milyon avroya “Real”dan transfer edilən Ronaldo ilə 4 illik müqavilə imzalanıb.