Gənc velosipedçilərimizin Türkiyə uğuru - FOTOLAR

16 İyul 2018 15:18 (UTC+04:00)
Türkiyənin Kastamonu şəhərində 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil olunan beynəlxalq turnir velosipedçilərimizin uğurlu çıxışı ilə yadda qalıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Türkiyə Velosiped Federasiyası və Kastamonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışın gənclər kateqoriyasında fəxri kürsünün ilk 3 pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıblar.

Məşqçi Asif Həsənovun rəhbərliyi altında Türkiyədə 4 gənc velosipedçimiz - Xankişi İsgəndərov, Mahmud Məmmədov, İvan Orlov və Əli Qurbanov çıxış edib. 100 km-lik marşrutu hamıdan tez Mahmud Məmmədov qət edərək finiş xəttini 1-ci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da 1-ci olub.