"Jara"da hansı məşhurlar iştirak edəcək?

16 İyul 2018 14:09 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, iyul 26-da “Jara” Beynəlxalq Musiqi Festivalı başlayacaq. SİA-nın məlumatına görə, xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən gecədə Rusya şou-biznesinin məşhur simaları yer alacaqlar.

Hər il olduğu kimi, bu dəfə də festivalda yerli məşhurların çıxışı gözlənilir. Belə ki, “Jara 2018”in qonaqları xalq artisti Aygün Kazımova, müğənni Samir Bağırov və “Eurovision”da ölkəmizi təmsil edən Aysel Məmmədova olacaq. Onlarla yanaşı səhnədə gənc ifaçı Cəmilə Haşımova (Jiva) , Rusiyada fəaliyyət göstərən müğənnilər Elman Zeynalov və Sultan Məşədiyev çıxış edəcəklər.

Artıq festivalın rəsmi səhifəsində müğənnilərin adları açıqlanıb. Bildirilib ki, Aygün Kazımova iyulun 29-da, Samir Bağırov iyulun 27-də, Aysel Məmmədova isə iyulun 26-da səhnəyə çıxacaqlar.

Qeyd edək ki, festivalda ötən il əməkdar artistlər Röya Ayxan və Miri Yusif yer alırdı.