“Sabah” Türkiyədə 4 yoxlama matçı keçirəcək

16 İyul 2018 12:24 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Sabah” klubu təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutub. SİA-nın məlumatına görə, bu gün səhər Premyer Liqanın debütantı Türkiyənin Bolu bölgəsinə yola düşüb. Kollektiv iyunun 29-dək qonşu ölkədə hazırlıq keçəcək.

“Sabah” klubu “Koru” otelində məskunlaşacaq. “Sabah” hazırlıq çərçivəsində dörd görüşə çıxacaq. Artıq rəqiblərdən ikisi bəllidir. Debütant iyulun 18-də Türkiyə I liqasında mübarizə aparan “Giresunspor”, iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” Avstriyada, Avropa Liqasında mübarizə aparan “Qəbələ” Sloveniyada, “Neftçi” Boluda, “Keşlə” isə Ankaranın Kızılcahamam bölgəsində təlim-məşq toplanışı keçib. “Səbail” klubu iyulun 10-dan Kızılcahamamda məskunlaşıb. “Zirə” isə iyulun 19-da Boluya gedəcək.