Muxtar Babayev TÜRKPA nümayəndə heyəti ilə görüşüb

16 İyul 2018 12:05 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında tanışlıq görüşü keçirilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.