Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

16 İyul 2018 11:52 (UTC+04:00)

Bakı-Sumqayıt yolunun təmir olunan hissəsində rənglənmə işləri aparılacaq. Bu barədə SİA-ya açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.