Amaliya Pənahova başını keçəl etdirdi? FOTOLAR

16 İyul 2018 14:22 (UTC+04:00)

Xalq artisti Amaliya Pənahovanın yeni fotoları yayılıb. SİA-nın məlumatına görə, plastik əməliyyatlara tez-tez üstünlük verən aktrisanın şəkillərini əməkdar artist Hüsniyyə Mürvətova "İnstagram" səhifəsində paylaşıb.

A.Pənahovanın fərqli görünüşü yenə də diqqət çəkib. Belə ki, aktrisa bu dəfə başına papaq qoyub. Onun sosial şəbəkədə səhifələrdə paylaşılan şəkilləri müzakirələrə səbəb olub. Bir çoxları Pənahovanın başını keçəl etdirdiyini yazıb.

H.Mürvətova bildirib ki, fotolar Bakı Bələdiyyə Teatrının mövsümə vida münasibətilə keçirilən qonaqlıqda lentə alınıb. Məclis A.Pənahovanın bağ evində baş tutub.