“Sumqayıt” Türkiyəyə gedib

16 İyul 2018 11:27 (UTC+04:00)

2018/2019 futbol mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” hazırlıq prosesinin 1-ci mərhələsini başa vurub. SİA-nın məlumatına görə,"gənclik şəhəri" təmsilçisi bu gün təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb. 16-29 iyul tarixlərində qonşu ölkədə hazırlıq keçəcək olan Nazim Süleymanovun yetirmələri bu müddətdə "Koru" otelində məskunlaşacaq.