Qaraj içindəki əşyalarla birgə yanıb

16 İyul 2018 09:21 (UTC+04:00)

Quba rayonunda yanğın olub. SİA-nın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Qacar Zeyid kəndində ümumi sahəsi 150 m² olan qarajın yanar konstruksiyaları, içərisində qoşqu, taxta taralar, yaxınlıqdakı ümumi sahəsi 21 m² olan tövlə və ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış taxta taralar yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.