İran silkələndi

15 İyul 2018 12:16 (UTC+04:00)

İranda 4,6 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "UTC" vaxtı ilə saat 01:52-də qeydə alınan zəlzələnin episentri Manib şəhərindən 192 kilometr cənub-şərqdə, ocağı isə 30 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.