Şanxayda "Azərbaycan Şərab Evi" açılacaq

15 İyul 2018 09:35 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti bu ilin avqustunda Çinin Urumçi şəhərində keçiriləcək Çin-Avrasiya Sərgisində və noyabrda Şanxayda təşkil olunacaq "Beynəlxalq İdxal Sərgisi"ndə iştirak edəcək. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir, həmçinin qeyd edib ki, bu ilin sonunadək Çinin Şanxay şəhərində "Azərbaycan Şərab Evi" açılacaq. Pekində və bir sıra digər iri şəhərlərində də ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.