Koalisiya güclərindən Əsədə ağır zərbə

14 İyul 2018 16:08 (UTC+04:00)

ABŞ liderliyindəki beynəlxalq koalisiya gücləri Suriyanın şimali-şərqindəki Deyr-əz-Zor vilayətində Bəşər Əsəd rejiminə aid hədəfləri bombalayıb. "Anadolu” agentliyi xəbər verir ki, aviazərbələr nəticəsində aralarında yüksək vəzifəli zabitlərin də olduğu an azı 40 hərbçi ölüb.

Məlumata görə, aviazərbələrə səbəb rejim qüvvələrinin Fərat çayının şərqinə keçməsi olub. Sağ qalan qüvvələrin geri çəkildiyi bildirilir.

Bundan başqa, rejim qüvvələrinin Fəratı keçmək üçün qurduğu səyyar körpünün məhv edildiyi deyilir.