Jurnalistlər arasında stolüstü tennis turnirinə start verilib

14 İyul 2018 15:13 (UTC+04:00)

İyulun 14-də mətbuat nümayəndələri arasında stolüstü tennis turnirinə start verilib. SİA xəbər verir ki, “Şüa” idman sağlamlıq kompleksində keçirilən turnir 22 iyul - Milli Mətbuat Gününə həsr olunub.

Yarış Azərbaycan Stolüstü Tennis Federasiyasının və Mətbuat Şurasının birgə təşəbbüsü ilə təşkil edilib.

Turnirin açılışında çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə təbriklərini çatdırıblar.

Turnirin qalibləri Federasiyanın diplom və mükafatları ilə təltif olunacaqlar.