Azərbaycan futvolleyçiləri Pakistan komandasını məğlub ediblər

14 İyul 2018 13:41 (UTC+04:00)

Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir. SİA-nın məlumatına görə, Azərbaycan komandası turnirə qələbə ilə başlayıb. Futvolleyçilərimiz Pakistan komandasını 2:0 hesabı ilə məğlub edib.

Komandamız növbəti oyununu Hollandiya futvolleyçilərinə qarşı keçirəcək.

Qeyd edək ki, turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya ykomandaları birincilik uğrunda mübarizə aparırlar.