AZAL onlayn bilet satışını müvəqqəti dayandırıb

14 İyul 2018 13:40 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn bilet satışını dayandırıb. SİA-nın AZAL-a istinadən verdiyi məlumata görə, hava yolları şirkəti bununla bağlı vətəndaşlara müraciət edib.

Məlumatda deyilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb: “Aviaşirkətdən birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür”.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyib.