Goranboyda ev yanıb – xəsarət alan var

14 İyul 2018 11:18 (UTC+04:00)

Goranboyda yanğın faktı qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, rayonunun Dəliməmmədli şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının və dəhlizinin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.