"Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir"

14 İyul 2018 10:42 (UTC+04:00)

"Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır". SİA-nın verdiyi məlumata görə, bunu İyulun 13-də Azərbaycan Respublikası Prezidentinin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda İlham Əliyev deyib.

Prezident qeyd edib ki, bunun da heç bir səmərəsi olmur: "Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir".