Salyan polisi narkotik əməliyyatı keçirib SƏS TV

13 İyul 2018 14:41 (UTC+04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı özünü şübhəli aparan Salyan şəhər sakini, 30 yaşlı Natiq Əsgərov saxlanılıb. Polis şöbəsinə gətirilən Natiq Əsgərovun üzərinə baxış keçirilib. Əvvəllər də məhkum edilmiş Natiq Əsgərov törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.