“Qəbələ” Avropa Liqasına məğlubiyyətlə başlayıb

13 İyul 2018 09:27 (UTC+04:00)

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” də mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edib. Təmsilçimiz yeni baş məşqçi Sənan Qurbanovun ilk rəsmi matçında rəqibinə uduzub - 0:2.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Lüksemburqda keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) 0:2
Qollar:
Almeyda, 51, Olivier Thill, 62
Hakimlər: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova) Qəbələ. Şəhər stadionu