Əfqanıstanda 1 ABŞ əsgəri öldürülüb

13 İyul 2018 06:02 (UTC+04:00)

Əfqanıstanın şərqində baş tutan əməliyyatlar zamanı 1 amerikalı əsgər ölüb. Axar.az xəbər verir ki, bu barədə NATO-nun Qətiyyətli Dəstək Missiyasının açıqlamasında deyilib. Ölən əsgərin şəxsiyyəti gizli saxlanılır. Silahlı atışmada əfqan əsgərlərinin də yaralandığı bildirilib.