“Neftçi” Avropa Liqasına qələbə ilə başladı

13 İyul 2018 00:02 (UTC+04:00)

Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təəmsilçisi Bakıda Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşıb. Görüşdə hesabı qonaqlar açsa da, "Neftçi" üstünlüyü ələ alaraq 3:1 hesablı qələbə qazanıb. Xatırladaq ki, “Neftçi” bu rəqibini keçsə, 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.

12 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) - 3:1
Qollar:
Daniel Naqu, 9 (0:1), Baqali Dabo, 23 (1:1), 71 (2:1), Emin Mahmudov, 90+3 (3:1)
Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Bakı. “Dalğa Arena”