Türkiyəli ekspert: "NATO-nun məqsədi Türkiyəni qorumaq deyil"

12 İyul 2018 21:04 (UTC+04:00)

NATO-nun məqsədi Türkiyəni qorumaq deyil, bu torpaqlardan istifadə edərək İranı əhatə etməkdir. Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Cahid Armağan bildirib.

Armağan Türkiyədə yerləşdirilməsi gözlənilən NATO qüvvələrinin hədəfinin İran olacağını qeyd edib: "NATO qüvvələri cənubdan ehtimal edilən təhlükəyə cavab vermək üçün Türkiyəyə yerləşdirilə bilər. NATO Türkiyə ərazisində məskunlaşarsa, onların buradan getməsi müşkül məsələ olacaq".