Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

12 İyul 2018 19:35 (UTC+04:00)

Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinə sədr seçilib. SİA xəbər verir ki, sədrlik uğrunda mübarizə 3 tur səsvermə aparılıb. Binəli Yıldırım üçüncü səsvermədə 584 deputatın 335-nin səsini toplayaraq Türkiyə Böyük Millət Məclisinin sədri olub.