Van Basten: "Neymar bunu başa düşməlidi”

12 İyul 2018 22:18 (UTC+04:00)

Əfsanəvi hollandiyalı futbolçu Marko van Basten Braziliya yığmasının hücumçusu Neymara söz atıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, “sambaçı”nın dünya çempionatındakı oyunlar zamanı özünü tez-tez yerə atmasını pisləyib.

Mundialda FİFA-nın texniki təhlilçisi kimi çalışan van Basten PSJ-nin üzvünə bu xasiyyətindən əl çəkməyi məsləhət görüb: “Neymar karikaturaları? Futbolu yumorla müalicə etməyin hər zaman yaxşı olduğunu düşünürəm. Amma biz oyun barədə danışırıqsa, bu, heç də düzgün yanaşma deyil. Hesab edirəm ki, futbolda idman ruhunu göstərmək lazımdı. Futbolçular bilməlidilər ki, meydanda yuvarlanmaq onlara kömək etməyəcək. Neymar bunu başa düşməlidi”.

Qeyd edək ki, Braziliya yığması 1/4 finalda Belçikaya məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.