İquain karyerasını İngiltərədə davam etdirəcək?

12 İyul 2018 20:24 (UTC+04:00)

"Yuventus"un hücumçusu Qonsalo İquain karyerasını İngiltərədə davam etdirəcək. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı forvard “Çelsi”yə keçməyə razılıq verib. İtaliyalı jurnalistlər Kriştiano Ronaldonun transferi üçün 100 milyon avro xərcləyən Turin klubunun əlavə xərcdən qaçmaq üçün təcrübəli futbolçunu buraxmağa məcbur olduğunu yazıblar. İddiaya görə, “Yuventus” İquainin satışından 55 milyon avro qazanacaq.