“Barselona” Artur Ramosu ictimaiyyətə təqdim edib

12 İyul 2018 19:22 (UTC+04:00)

“Barselona” Braziliyanın “Qremio” klubundan aldığı Artur Ramosu ictimaiyyətə təqdim edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, 21 yaşlı yarımmüdafiəçinin təqdimat mərasimində azarkeşlər iştirak etməyiblər. “Nou-Kamp” stadionunda aparılan təmir işlərinə görə tərəfdarlar arenaya buraxılmayıblar.

Qeyd edək ki, “Barselona” transferi üçün 40 milyon avro ödədiyi Arturla 6 illik müqavilə bağlayıb. Kataloniya klubu gənc futbolçuya 400 milyon avro təzminat qiyməti qoyub.