Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

12 İyul 2018 18:05 (UTC+04:00)

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə iyulun 13-14-də Bakının Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində təmir işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar sözügedən hissədə hərəkət səhər saatlarından məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.