Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tətbiq olunub "Azərenerji"

12 İyul 2018 17:20 (UTC+04:00)

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub. Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, "Azərişiq” öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı metrosu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunur.

Yaranmış narahatlığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir.