"Kəpəz"dən ayrılan ukraynalı qapıçı Sergey Litovçenko karyerasını ölkəsində davam etdirəcək. SİA-nın məlumatına görə, 30 yaşlı qapıçı ölkəsinin "Çernomorets" klubu ilə müqavilə bağlayıb. Litoveçnko Premyer Liqa təmsilçisi ilə 1 illik saziş imzalayıb.
Ötən mövsüm qış fasiləsində Tiblisi "Dinamo"sundan "Kəpəz"ə keçən Litovçenko 14 oyuna qapısında 18 top görüb.