Azərbaycanın bəzi bölgələrinə elektrik enerjisinin verilişi dayandırılıb

12 İyul 2018 16:40 (UTC+04:00)

Azərbaycanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb. SİA-nın məlumatına görə, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən hissəsində zəmilərdə yanğın baş verməsi səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.