TBMM-ə sədr seçkisi keçirilir

12 İyul 2018 16:25 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi keçirilir. Seçki dörd namizəd arasında aparılır.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdır. Sədrliyə iddialı olmayan Millətçi Hərəkat Partiyası (MHP) AKP-nin namizədini müdafiə edir.

Cümhuriyyət Xalq Partiyası (CHP) Erdoğan Toprakın, Xalqların Demokratik Partiyası (HDP) Meral Danış Beştaşın, İYİ Partiya isə Hayrettin Nuhoğlunun namizədini irəli sürüb.

Namizəd ilk iki səsvermədə 600 deputatın 400-nün etimadını qazanmaqla sədr seçilə bilər. Bu səsvermələrdə sədr seçilə bilməsə, növbəti səsvermədə 301 səs yeni sədrin müəyyən olunmasına yetərlidir.