Aytən Musatafayeva: “Aranı qarışdırmaq üçün heç bir əsas yox idi" EKSKLÜZİV

12 İyul 2018 15:53 (UTC+04:00)

“Hesab edirəm ki, Gəncədə baş verən hadisələr Azərbaycanlılara xas olmayan bir hərəkətdir. Bu kimi təxribatlar xarici dairələrin sifarişləri ilə yetirilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

“Ümumiyyətlə hansısa formada etiraz etmək, mitinq etmək olar. Amma hansısa formada kəsici alətlərlə polisləri qətlə yetirmək qanuna zidd əməllərdir və pislənilməlidir. Hətta deyərdim ki, aranı qarışdırmaq üçün heç bir əsas da yox idi. Mən tam əminəm ki, Gəncədə İcra hakimiyyətinin qarşısına toplaşanların əksəriyyəti maraq xatirinə orada idilər. Onlar sadəcə kənardan hadisələri seyr edirdilər və polislərin qətlə yetirildiyini gördükdə isə mat vəziyyətində qaldılar. Xaricdən idarə olunan anti-ünsürlər ölkədə qarşılıqlıq salmaq üçün bu cür təxribatlara əl atdılar. Bu bir növ açıq cinayətdir. Ümumiyyətlə cinayətin ağı-qarası olmur. Bu cür addımlar Azərbaycanda qalmaqal salmaq, stabilliyi pozmağa yönəlmişdi. Azərbaycan xalqı bu cür cılız yollara əl atan deyil. Bizim xalq stabilliyi, sakitliyi, əmin-amanlığı görüb və bunu da qoruyacaq”, - deyə, millət vəkili fikirlərini tamamlayıb.