FIFA referilərimiz yeni təyinat alıblar

12 İyul 2018 14:35 (UTC+04:00)

FIFA referilərimiz UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb. SİA təyinatları nəzərinizə çatdırır:

19 iyul

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları)

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov