ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

12 İyul 2018 12:32 (UTC+04:00)

ABŞ “Brent” markalı xam neftin bir barrelinin qiymətinə dair proqnozunu artırıb. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

Hesabata görə, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 73 dollar, 2019-cu ildə isə 69 dollar səviyyəsində olacağı nəzərdə tutulur.

EIA iyundakı hesabatında isə bu il üçün “Brent”in bir barrelinin qiymətinin 71 dollar, gələn il üzrə 68 dollar olacağını proqnozlaşdırırdı.