Qaradağda yük maşını ilə sərnişin avtobusu toqquşub

12 İyul 2018 10:25 (UTC+04:00)

İyulun 12-də səhər saatlarında Bakı-Qazax yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, yük maşını ilə sərnişin avtobusu toqquşub. İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.