“Qəbələ” Lüksemburq klubuna qarşı

12 İyul 2018 09:42 (UTC+04:00)

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” də mübarizəyə başlayacaq.

"Qırmızı-qaralar" öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edəcək. Təmsilçimiz yeni baş məşqçi Sənan Qurbanovun ilk rəsmi matçında qələbə qazanmağa çalışacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq)
Hakimlər
: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova)Qəbələ. Şəhər stadionu