“Sumqayıt” “Sabah”ı məğlub edib

12 İyul 2018 09:21 (UTC+04:00)

2018/19 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” ilk yoxlama görüşünü keçirib. SİA-nın məlumatına görə, sözügedən komanda “Əlincə Arena”da Premyer Liqanın debütantı “Sabah”la qarşılaşıb. İlk hissəsi qolsuz heç-heçə ilə bitən matçda Nazim Süleymanovun yetirmələri 2:0 hesablı qələbə qazanıb. Bəxtiyar Həsənalızadə və Cavid Tağıyev müvafiq olaraq 56 və 84-cü dəqiqələrdə rəqib torunu silkələyib.

“Sumqayıt” meydana aşağıdakı ilk 11-liklə çıxıb: Mehdi Cənnətov, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Yusif Nəbiyev, Şəhriyar Əliyev, Murad Xaçayev, Elvin Məmmədov, Əfran İsmayılov, Aleksey İsayev, Nicat Qurbanov

Meydana sonradan daxil olanlar: Süleyman Süleymanov, Turan Manafov, Tural Bayramlı, Süleyman Əhmədov, Ülvi İsgəndərov, Xəyal Nəcəfov, Cavid Tağıyev, Qvanzav Maqomedov.

“Sabah” isə meydana bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 8. Elşən Abdullayev, 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 14. Tural Qürbətov 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 93. Yosip Baliç.